"Barselona"nın futbolçusu Luis Suares karyerasını "Yuventus"da davam etdirəcək.
Sportal.az "Marca"ya istinadla xəbər verir ki, 33 yaşlı hücumçu Turin təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. "Qoca sinyora" katalonlara 1 illik müqaviləsi qalan uruqvaylı futbolçu üçün cüzi təzminat ödəyəcək.
Suares ötən mövsüm keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib. "Barsa" Uruqvay millisinin üzvünü 2014-cü ildə "Liverpul"dan 82 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi