İtaliyanın “Kalyari” klubu baş məşqçi Eusebio Di Françeskonu istefaya göndərib.
Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi 51 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.
Di Françesko “Kalyari”ni ötən ilin avqustundan çalışdırırdı. Komanda onun rəhbərliyi altında çempionatda 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi