"Latsio"nun gənclər komandasının futbolçusu Daniel Qerini qəza nəticəsində dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, hadisə Romada baş verib. 19 yaşlı yarımmüdafiəçi ilə yanaşı, onun 2 dostu da olub. Futbolçu hadisə nəticəsində dünyasını dəyişib, digər 2 şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qerini bazar günü 19 yaşını qeyd etmişdi. O, İtaliyanın U-15 və U-16 millisində çıxış edib.
saytlarin hazirlanmasi