"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın baş məşqçisi Andrea Pirlo və hücumçusu Kriştiano Ronaldonun gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, klub rəsmisi onların komandada qalacağını deyib:
"Pirlo gələn mövsüm də komandanı çalışdıracaq. Buna 100 faiz əminəm. Onunla planlarımızı müzakirə etmişdik və bilirəm ki, bu yolda çətinliklər olacaq. Sakit davranırıq. Pirlo möhtəşəm baş məşqçi olmaq üçün bütün özəlliklərə sahibdir.
Məncə, Ronaldo da komandadan ayrılmayacaq. 2022-ci ilin iyununa qədər müqaviləsi var və fikrimcə, hələ bizdə qalacaq. Daha sonra nələr olacağını görəcəyik. O, komandada 120 keçirdiyi 120 oyunda 100-dən çox qol vurub. Möhtəşəm futbolçudur və çox çalışmaqla bu yerlərə gəlib".
Pavel Nedved argentinalı futbolçu Paulo Dibala barədə bunları deyib:
"Onun üçün darıxmışıq. Bu il deyəsən, 800 dəqiqədən az oynayıb. Əgər Dibala oynasaydı, hesab edirəm ki, bəzi hədəflərimizdən uzaqlaşmazdıq. Bir illik müqaviləsi var. Ancaq "Yuventus" transfer bazarında istənilən təklifləri dəyərləndirə bilər".
saytlarin hazirlanmasi