“Yuventus” baş məşqçisi Andrea Pirlonu istefaya göndərə bilər.
Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi 41 yaşlı mütəxəssis 2 oyunluq şans verib. baş məşqçisi Andrea Pirlonun klubdakı gələcəyi sual altındadır.
“Qoca sinyora” A Seriyasının növbəti iki turunda “Torino” və “Napoli” ilə matçlarda xal itirsə, italiyalı mütəxəssis istefaya göndəriləcək.
Pirlo 2020-ci ilin avqustundan “Yuventus”u çalışdırır. Komanda 27 turdan sonra 55 xalla çempionatın turnir cədvəlində 3-cüdür.
saytlarin hazirlanmasi