Kvaratsxeliya "Milan"a təklif olundu

23:23 - 5 Aprel 2021

Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublar sırasına “Milan” da qoşulub. Futbolçunun agenti tezliklə "qırmızı-qaralar"la danışıqlar aparacaq. 20 yaşlı vingeri "Milan"a klubun keçmiş gürcü futbolçusu Kaxa Kaladze təklif edib.

 

Gürcüstanlı futbolçu ilə “Roma”, “Yuventus”, “Bayern”, “Borussiya” (Dortmund) klubları da maraqlanır.

 

Kvaratsxeliya bu mövsüm “Rubin”də keçirdiyi 20 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

İstedadlı oyunçu Azərbaycan millisi, "Kəpəz" və "Şəmkir"in keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

 

Xəbər xətti