İtaliyanın "İnter" klubunun baş məşqçisi Antonio Konte yayda komandanın gücləndirilməsini istəyir.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis "Liverpul"un yarımmüdafiəçisi Corcino Veynaldumu sərəncamında görmək istəyir. O, bu tələbini klub rəhbərliyinə çatdırıb.
Veynaldumun mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatacaq. Tezliklə "göy-qaralar"ın niderlandlı oyunçunun agenti ilə təmasa keçəcəyi gözlənilir.
30 yaşlı futbolçu bu mövsüm keçirdiyi 42 oyunda 3 qol vurub.
saytlarin hazirlanmasi