Buffon "Atalanta"nın hədəfində

"Yuventus"un qapıçısı Canluici Buffon komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı qolkiper Turin təmsilçisində az oynadığı üçün A Seriyasında klubunu dəyişmək istəyir. İtaliya millisinin keçmiş üzvü ilə "Atalanta" maraqlanır. Berqamo təmsilçisi digər klubların hədəfində olan qapıçısı Pyerluci Qollini ilə yollarını ayırsa, təcrübəli qolkiperi heyətinə qatacaq.

 

İllərin təcrübəsi daha 2 mövsüm oynamağı planlaşdırır.

 

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a keçib. 2018-ci ildə PSJ-yə gedən təcrübəli qolkiper ötən yay "Yuventus"a qayıtdı.

Tarix: 16 Aprel [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio