"Milan"ın futbolçusu Mario Mancukiç maraqlı addım atıb.
Sportal.az xəbər verir, xorvatiyalı hücumçu kluba jest edib. O, zədə səbəbindən martda heç bir oyuna çıxmadığı üçün həmin ayın məvacibini kluba bağışlayıb. Bu məbləğ klubun xeyriyyə fonduna köçürülüb.
Yanvarda "Milan"la müqavilə imzalayan 34 yaşlı hücumçu bu mövsüm 4 oyuna çıxıb. Mancukiçin müqaviləsi mövsümün sonuna qədərdir.
saytlarin hazirlanmasi