"Sassuolo"nun baş məşqçisi Roberto De Zerbi İtaliya A Seriyasında "Milan"la görüşə çıxamaq istəmədiklərini deyib.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis rəqiblərinin Arvopa Super Liqasına qatımağa hazır olduqları üçün bu addımı atdıqlarını deyib:
"Avropa Super Liqasının qurucularından olan "Milan"a qarşı oynamaq istəmirik. Qərarımı klub rəhbərliyinə də demişəm. Futbolçular razıdır. Əgər rəhbərlik məcbur etməsə, matça çıxmayacağıq. Futbolçularla yarım saatdan çox söhbət elədik. Bu turnirə görə çox qəzəbliyəm. Futbol hamımızındır, bəlli adamların yox".
İtaliya A Seriyasının 32-ci turunda "Milan" "Sassuolo"nu qəbul edəcək. Matç aprelin 21-i baş tutacaq.
saytlarin hazirlanmasi