Rusiyanın "Zenit" klubunun hücumçusu Sərdar Azmun karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, İran millisinin üzvü ilə "Roma" və "Atalanta" klubları maraqlanır. A Seriya təmsilçiləri yayda 26 yaşlı forvardı transfer etməyə çalışacaqlar.
Azmunun Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi 2022-ci ilin iyunun 30-da başa çatır. "Zenit" hücumçunu 2019-cu ildə "Rubin"dən 12 milyon avroya transfer edib. Məlumata görə, Rusiya klubu forvardı 25 milyon avroya satmağa razılaşa bilər.
Sərdar bu mövsüm keçirdiyi 27 oyunda 16 qol vurub, 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi