İtaliya A seriyasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "İnter" sona 4 tur qalmış yarışın qalibi olub. 34-cü turda keçirilən "Sassuolo" - "Atalanta" matçından (1:1) sonra Milan təmsilçisinin çempionluğu rəsmiləşib.
"Atalanta"nın xal itirməsin "İnter"in çempion olması üçün kifayət edib.
"Göy-qaralar" 11 ildən sonra çempion olub. Bu, Milan təmsilçisinin 19-cu çempionluğudur.
Son 9 mövsümdə isə "Yuventus" A Seriyasının qalibi olmuşdu.
saytlarin hazirlanmasi