Palasio A Seriyasında rekord qırdı

15:49 - 3 May 2021

"Bolonya"nın futbolçusu Rodriqo Palasio İtaliya A seriyasında yeni rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, o, bunu 34-cü turda "Fiorentina" ilə matçda (3:3) komandasının hər 3 qolunu vurmaqla bacarıb.

 

Palasio A Seriyasında 39 yaş 86 günlüyündə het-trik etməyi bacaran ən yaşlı oyunçu olub. İndiyədək bu göstəricidə rekord isə 1950-ci ildə 37 yaş 51 günlüyündə het-trik edən Silvio Piolaya məxsus idi.

Xəbər xətti