"Milan" qapıçısı Canluici Donnarumma ilə yeni müqavilənin şərtlərində razılığa gələ bilmir.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" italiyalı əlcək sahibinə illik 8 milyon avro təklif edib. Qolkiper isə bu rəqəmin 10 milyon avroya qalxmasını istəyib.
Klub futbolçunun agenti Mino Rayola ilə görüşdə bu məvacibi ödəmək fikrində olmadığını diqqətə çatdırıb. Rayola bildirib ki, mövsümün sonunda azad agent statusunə yiəyələnəcək qapıçıya "Yuventus" 10 milyon avro maaş ödəməyə hazırdır.
Əgər "Milan" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Donnarumma klubdan ayrılacaq. Onun hazırda illik maaşı 6 milyon avrodur.
22 yaşlı çərçivə qoruyucusu bu mövsüm keçirdiyi 44 oyunun 11-də qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi