"Real"dan göndərildim" - Əşrəf Hakimi

17:17 - 4 May 2021

"İnter"in müdafiəçisi Əşrəf Hakimi ötən mövsüm "Real"dan ayrılmasının səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, mərakeşli futbolçu öz istəyilə Madrid təmsilçisindən ayrılmadığını deyib:

 

"İnsanların çox müzakirə etdiyi bir məsələ barədə açıqlama vermək istəyirəm. "Borussiya"dan "Real"a ona görə qayıtdım ki, formanı geyinim, əsas heyətdə mübarizə aparım. Əsas heyətə düşə bilməyəcəyim üçün ayrıldığımı yazırlar, müzakirə edirlər, amma bu, yalan məlumatlardır. "Real" mənim evimdir, orada oynamaq istəyirdim. Ancaq şərtlərə görə klubdan göndərildim. "İnter"lə İtaliya çempionu oldum. Buna görə Zinəddin Zidan və Florentino Peres məni zəng edib təbrik etmədilər. 

 

Məni "Real"da klub rəhbərliyi istəmədi, yoxsa Zidan? Bilmirəm. Ötən il pandemiya da ortaya çıxmışdı. Həqiqətən də niyə göndərildiyimi bilmirəm. Buna görə baş məşqçi və klub rəhbərliyini günahlandırmıram. Hesab edirəm ki, pandemiyanın yaratdığı maliyyə problemlərinə görə, "Real" məni satmağa qərar verdi. 

 

"İnter" 22 yaşlı sağ cinah müdafiəçisini ötən yay "Real"dan 45 milyon avroya transfer edib. Əşrəf bu mövsüm keçirdiyi 41 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti