Mourinyonun yeni iş yeri məlum oldu - 3 illik müqavilə imzalandı

17:19 - 4 May 2021

"Tottenhem"dən ayrılan Joze Mourinyonun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Roma"nı çalışdıracaq. Bu barədə İtaliya klubunun saytı məlumat yayıb.

 

58 yaşlı mütəxəssis bu vəzifədə həmyerlisi Paulu Fonseskanı əvəzləyəcək. Mourinyo işinə iyulun 1-dən start verəcək. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Xəbər xətti