Romelu Lukaku: "Titul yoxdursa, 500 qol vurmaq mənasızdır"

11:48 - 5 May 2021

"İnter"in 11 il sonra İtaliya çempionu olmasında ən böyük pay sahiblərindən biri - Romelu Lukaku "Sky Sports"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Konqo əsilli belçikalı hücumçu karyerasının ən yaxşı mövsümünü keçirdiyini deyib:

 

"Karyeramın ən möhtəşəm mövsümünü keçirirəm. Özümü əla hiss edirəm. Bu mövsüm əla işlər gördük. Ümid edirəm ki, növbəti mövsümlərdə də buna davam edəcəyik. Çempionluqda əməyi olan hər kəsi təbrik edirəm. "İnter"də oynadığım üçün qürurluyam. Azarkeşlərlə birgə bu zəfəri qeyd etmək istərdim. Bir çox "İnter"li futbolçu karyerasında ilk dəfə çempionluq yaşadı. Buna görə də xoşbəxtəm. Karyeranızda 500 qol vura bilərsiniz, ancaq titul qazanmırsınızsa, deməli, boş şeydir. Antonio Konte ilə yenidən özümü tapdım. Karyeramda xüsusi izə sahib olan insandır. Onun üçün ölümə də gedərəm".

 

27 yaşlı futbolçu bu mövsüm A Seriyasında keçirdiyi 33 oyunda 21 qol vurub, 9 məhsuldar ötürmə edib.

Xəbər xətti