23 il sonra yenidən A Seriyasında

12:04 - 11 May 2021

İtaliya A Seriyasına vəsiqə qazanan ikinci komanda məlum olub.

 

Sportal.az xəbər verir ki, B Seriyasının 38-ci turunda "Salernitana" "Peskara"ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləni tutub. Xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu kollektiv çempion "Empoli"dən sonra A Seriyasına vəsiqə qazanan ikinci klub olub.

 

"Salernitana" sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.

Xəbər xətti