Buffon "Barselona"da?

17:17 - 13 May 2021

"Yuventus"un qapıçısı Canluici Buffon yayda "Barselona"ya keçə bilər.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Katalonlar italiyalı əlcək sahibinə əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.

 

 

Buffon mövsümün sonunda "Yuventus"dan ayrılacağını bəyan edib.

Xəbər xətti