Ronaldonun anasından transfer açıqlaması

15:15 - 15 May 2021

"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aveyro oğlunun gələcək karyerası ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, o, 36 yaşlı futbolçunun keçmiş komandası "Sportinq"ə qayıtmasını arzuladığını deyib:

 

"Ronaldo ilə danışacağam və gələn mövsüm "Sportinq"ə qayıtması üçün razı salmağa çalışacağıq. Ümid edirəm ki, gələn mövsüm "Sportinq" formasında olacaq. Mən bunu çox arzulayıram".

 

Ronaldo peşəkar karyerasına "Sportinq"də başlayıb və 2003-cü ildə "Mançester Yunayted"ə keçib.

Xəbər xətti