UEFA “Milan”ın hücumçusu Zlatan İbrahimoviçi cərimələyib.
Sportal.az xəbər verir ki, qurumun qərarına əsasən, isveçli futbolçu 50 min avro cərimə olunub.
39 yaşlı hücumçu mərc şirkəti "Bethard"ın səhmlərinin bir hissəsinə sahib olduğu üçün cərimələnib. FIFA və UEFA-nın qaydalarına görə, futbolçular mərc şirkətləri ilə əməkdaşlıq edə bilməzlər.
saytlarin hazirlanmasi