"Yuventus"dan ayrılan Canluici Buffonun yeni klubu müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, 43 yaşlı qapıçı "Parma"ya keçmək üzrədir. O, B Seriyasına düşən klubla danışıqlar aparır.
Təcrübəli əlcək sahibi ilə "Cenoa" və "Beşiktaş" da maraqlansa da, o, keçmiş klubuna qayıtmaq istəyir.
Buffon "Parma"nın yetirməsidir. O, 1991-2001-ci illərdə bu komandada çıxış edib.
saytlarin hazirlanmasi