"Hatayspor"un hücumçusu Aron Bupendza karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçunu "Atalanta" və "Fiorentina" klubları transfer etmək istəyir. Məlumata görə, Türkiyə klubu qabonlu forvardın keçidi üçün 8 milyon avro təzminat istəyir. Bu məbləği isə "Atalanta" ödəməyə hazırdır.
Bupendza ötən mövsüm Super Liqada keçirdiyi 36 oyunda 22 qol vurub və çempionatın bombardiri olub.
saytlarin hazirlanmasi