5 futbolçu Mourinyoya lazım olmadı

13:55 - 9 İyul 2021

İtaliyanın "Roma" klubu yeni mövsümün hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo 5 futbolçunu təlim-məşq toplanışı heyətinə daxil etməyib. Portuqaliyalı mütəxəssis Stivn Nzonzi, Castin Kluyvert, Xavyer Pastore, Pedro və Federiko Fazionun xidmətinə ehtiyac duymur.

 

Mourinyo bu futbolçuların komandadan göndərilməsinə razılıq verib.

Xəbər xətti