"Milan"ın idman direktoru Paolo Maldini "Çelsi"nin hücumçusu Olivye Jirunu transfer etdiklərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o bildirib ki, 34 yaşlı hücumçu ilə razılıq əldə edilib:
"Jiru tezliklə Milana gələcək və müqavilə imzalayacaq. Olivye Çempionlar Liqasının qalibi və dünya çepionudur. Təcrübəsini gənclərlə bölüşəcək".
Fransa millisinin üzvünün "Milan"da illik maaşı 4 milyon avro olacaq.
Təcrübəli hücumçu "Çelsi"yə 2018-ci ildə "Arsenal"dan keçmişdi.
saytlarin hazirlanmasi