İtaliya höküməti futbol üzrə Avropa çempionatının qalibi olan milli komandanı qürurlandıracaq addım atıb.
Sportal.az xəbər verir ki, ölkə prezidenti Serxio Mattarellanın sərəncamına əsasən, millinin futbolçuları, məşqçiləri və idarəçiləri İtaliyanın dövlət nişanına layiq görülüblər. Nişanlar fərqli dərəcələrlə bölünərək, paylanılıb.
AÇ-2020-nin finalında İngiltərəni penaltilərdə məğlub edən İtaliya millisi tarixində 2-ci dəfə qitə çempionu olub.
saytlarin hazirlanmasi