İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Artur əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçunun sağ ayağında aparılan əməliyyatın uğurli keçdiyi diqqətə çatdırılıb. Yarımmüdafiəçinin bərpa müddətinin təxminən 3 ay çəkəcəyi bildirilib.
Qeyd edək ki, braziliyalı oyunçu geridə qalan mövsümdə “Yuventus”un heyətində 32 matça çıxıb.
saytlarin hazirlanmasi