"Roma"nın yeni hədəfi Raul Ximenes oldu

20:46 - 17 İyul 2021

"Roma" hücum xəttini "Vulverhemton"un futbolçusu Raul Ximeneslə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo öz agenti olan Jorje Mendeşə bu keçidi həll etməsini tapşırıb. Çünki meksikalı futbolçu həm də məşhur portuqaliyalı agentin müştərisidir.

 

Əgər "canavarlar" bu transferi maddi cəhətdən qarşılaya bilməsə, "Atalanta"nın kolumbiyalı forvardı Duvan Sapatanı almağa çalışacaq.

 

UEFA Konfrans Liqasında çıxış edəcək komanda indiyədək yalnız "Vulverhempton"dan portuqaliyalı qapıçı Rui Patrisiunu transfer edib.

Xəbər xətti