20 il sonra "Parma"ya qayıdan Canluici Buffon açıqlama verib.
Sportal.az xəbər verir ki, 43 yaşlı qapıçı hələ 4-5 il də futbol oynamağa hazır olduğunu deyib:
"Parma" ilə ilk oyuna çıxmağımdan 21 il keçib. Bu da təxminən 9 min gün edir. İdmançı, qapıçı və xüsusi insan olduğumu isbatlamaq istəyim davam edir. Bu səbəbdən oynamağa davam etmək istəyirəm. Hələ 4-5 il də oynamaq istəyirəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Uzun illər ərzində böyük təcrübə qazandım. Doğru olmayan seçimlər zamanı ürəyinizdə şübhələr yaranır. Amma mən "Parma"nı seçərkən heç bir şübhə yaşamadım".
Buffon daha əvvəl 1991-2001-ci illərdə "Parma"da çıxış edib.
saytlarin hazirlanmasi