"Tottenhem"lə danışıqları uğursuz tamamlayan italiyalı baş məşqçi Cennaro Qattuzo açıqlama verib.
Sportal.az xəbər verir ki, o, açıqlamasında bunları deyib:
"Tottenhem"lə danışıqlar apardım. Ancaq məni işə dəvət etməmələrinə çox üzüldüm. Qovulmaqdan və ya oyun uduzmaqdan daha çox məyus oldum. Kaş hesab etdikləri insan olmadığımı açıqlamaq fürsətim olardı".
"Tottenhem" Joze Mourinyonu istefaya göndərdikdən sonra baş məşqçi postunu digər portuqaliyalı mütəxəssis Nunu Eşpiritu Santuya həvalə edib.
Qattuzo ötən mövsüm "Napoli"ni çalışdırıb. O, iyunda "Fİorentina"nın baş məşqçisi təyin edilsə də, 2 həftə sonra rəhbərliklə problem yaşayaraq postundan gedib.
saytlarin hazirlanmasi