"Fiorentina"dan ayrılan Frank Riberi karyerasını İtaliyada davam etdirmək fikrindədir.
Sportal.az xəbər verir ki, bu barədə onun agenti Davide Lippi məlumat verib:
"Riberi "Fiorentina"da böyük işlər gördü. Ancaq onlar fərqli qərar verdilər. Bun baxmayaraq, o, İtaliyada qalmaq istəyir. Çünki Riberi ölkəmizə və A Seriyasına aşiqdir".
38 yaşlı yarımmüdafiəçi ötən mövsüm keçirdiyi 30 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi