"Trabzonspor"un hücumçusu Çaleb Ekuban karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, qanalı hücumçu "Cenoa" ilə uğurlu danışıqlar aparıb. Genuya təmsilçisi bu keçid üçün "bordo-mavililər"ə 2,2 milyon avro təklif edib. Klublar arasında transferin detalları müzakirə edilir.
"Trabzonspor" 27 yaşlı hücumçunu 2019-cu ildə "Lids"dən 1 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi