"İnter"in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az "BBC Sport"a istinadla xəbər verir ki, argentinalı hücumçu "Tottenhem"lə anlaşıb. London klubu 23 yaşlı futbolçunun keçidi üçün Milan təmsilçisinə 70+20 milyon avro təzminat ödəməyi qəbul edib.
"İnter" daha öncə digər hücumçusu Romelu Lukakunu "Çelsi"yə 115 milyon avro qarşılığında satmağa razılaşıb.
"İnter" Argentina millisinin üzvünü 2018-ci ildə "Rasinq"dən 25 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi