"İnter" Lukakunun əvəzinə 35 yaşlı hücumçu aldı

18:09 - 11 Avqust 2021

Romelu Lukakunu "Çelsi"yə satan "İnter" yeni hücumçu alıb.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Roma"nın futbolçusu Edin Cekonun transferini bitirib. Bosniyalı hücumçu bu həftə "göy-qaralar" üçün tibbi müayinədən keçəcək. Tərəflər 2 illik razılığa gəlib.

 

"Roma" 35 yaşlı futbolçunu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer etmişdi.

Xəbər xətti