Polis "Yuventus"un futbolçusunu cərimələdi

15:29 - 4 Sentyabr 2021

İtaliya millisinin və “Yuventus” klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə məxsus çimərlikdə qanunsuz işçilərin fəaliyyəti aşkarlanıb. Polis həmin çimərliyin fəaliyyətini dayandırıb və Bernardeskini 40 min avro məbləğində cərimələyib.

 

Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edir.

Xəbər xətti