İtaliyanın "Kalyari" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin sükanı arxasına Valter Matsari gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 60 yaşlı italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu "Torino" olan Matsari bu postda dünən istefaya göndərilən Leonardo Semplitsini əvəzləyib.
saytlarin hazirlanmasi