"Real"la oyundan sonra qorxurdum..."

10:31 - 19 Sentyabr 2021

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A seriyasının 4-cü turu çərçivəsində komandasının “Bolonya” üzərindəki 6:1 hesablı qələbəsini şərh edib.

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Çempionlar Liqasının 1-ci turunda “Real”a 0:1 hesablı məğlubiyyətini xatırlayıb:

“Dumfris oyunu əla keçirdi, o, yaxşı məşq etdi. O, İtaliya futbolunu öyrənmək istəyir. Əslində “Real”la oyundan sonra qorxurdum, ancaq komanda əla futbol göstərdi. Azarkeşlərimiz qarşısında qalib gəlmək istəməyimiz normal idi. Bəzən nəticəyə baxmadan analizlər etmək lazımdı. “Real”la oyundan sonra da belə alındı”.


​​Məşqçilik karyerasına “Latsio”da başlayan italiyalı mütəxəssis mövsüm əvvəlindən “İnter”i çalışdırmağa başlayıb.

Xəbər xətti