"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu açıqlama verib.
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu keçmiş komandası "Milan"a qol vuracağı halda, sevinəcəyini deyib:
"Milan"da 4 il gözəl vaxt keçirtdim. Orada çoxlu dostlarım var. Bəzi günlərimiz çox çətin keçdi. Ancaq Stefano Piolinin gəlişindən sonra 2 əla mövsüm keçirtdik. "Milan"da problem yaşadığım insan olmayıb. Onlarla problemim yoxdur, keçmiş komanda yoldaşlarımdan bəziləri ilə hələ də görüşürəm. "Milan"a qol vursam, əlbəttə, bunu qeyd edəcəm və sevinəcəm".
saytlarin hazirlanmasi