"Çelsi" ilə oyun öncəsi "Yuventus"da ciddi itkilər

16:44 - 27 Sentyabr 2021

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Çelsi" ilə qarşılaşacaq "Yuventus"un heyətində iki ciddi itki var.

Sportal.az xəbər verir ki, Turin təmsilçisində Paulo Dibala və Alvaro Morata sözügedən oyunu buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O, hər iki oyunçunun zədə səbəbindən London klubu ilə matçda iştirak etməyəcəyini deyib.

Sentyabrın 29-da keçiriləcək "Yuventus" - "Çelsi" matçı saat 23:00-da başlayacaq.

Xəbər xətti