Millətlər Liqasının yarımfinal oyununda İtaliya İspaniyaya 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "San Siro"da baş tutan qarşılaşma meydan sahiblərinin qapıçısı Canluici Donnarumma üçün heç də yaxşı keçməyib. Belə ki, top hər dəfə 22 yaşlı qolkiperdə olan zaman azarkeşlər onu fitə basıb. Gənc "əlcək sahibi" matçdan sonra göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, "Milan"ın yetirməsi olan Donnarumma yayda İtaliya klubu ilə yeni müqavilə imzalamadı və PSJ-yə transfer oldu.
saytlarin hazirlanmasi