İtaliyanın "Salernitana" klubunun baş məşqçisi Fabrisio Kastori istefaya göndərilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq A Seriyası klubunun yeni baş məşqçisi də məlumdu. Kastorini Stefano Kolantuono əvəzləyib. 58 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
"Salernitana" A Seriyasında bu mövsüm keçirdiyi 8 oyundan sonra 4 xalla sonuncu sıradadır.
saytlarin hazirlanmasi