Joze Mourinyonun baş məşqçilik karyerasında bir ilk yaşanıb.
Sportal.az xəbər verir ki, bu, "Roma"nın Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda Norveçin "Budo Qlimt" klubuna 1:6 hesabı ilə məğlub olduğu oyunda baş verib. Portuqaliyalı mütəxəssisin çalışdırdığı bir komanda ilk dəfə qapısında 6 top görüb.
Qeyd edəkki, Joze Mourinyo məşqçilik karyerasına 2002-ci ildə başlayıb. 58 yaşlı mütəxəssis bu müddət ərzində "Benfika", "Uniao de Leyrya", "Porto", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb. Mourinyo baş məşqçi kimi 1008 matçda komandalarının başında olub.
saytlarin hazirlanmasi