Dibalanın evi yağmalandı

00:22 - 23 Oktyabr 2021

“Yuventus”un hücumçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

 

Sportal.az xəbər verir ki, quldurlar argentinalı futbolçunun mənzilinin birinci mərtəbədəki pəncərəsini sındıraraq içəri daxil olublar.

 

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalı versə də, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərə biliblər. Oğrular həm də 27 yaşlı oyunçunun saat kolleksiyasını aparıblar.

Xəbər xətti