Tanınmış hücumçu ölkəsinə qayıtdı

15:19 - 27 Oktyabr 2021

İspaniya milli komandasının sabiq hücumçusu Fernando Loryente yenidən ölkəsinə qayıdıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu “Eybar”la anlaşıb.

Klub özü də təcrübəli hücumçunun keçidini rəsmi açıqlayıb. O, mövsüm sonuna qədər adıçəkilən klubda oynayacaq.

Loryente “Atletik”, “Yuventus”, “Sevilya”, “Tottenhem”, “Napoli” klublarındakı çıxışı ilə tanınıb. O, son olaraq “Udineze”də oynayıb.

Xəbər xətti