İtaliya A Seriyasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Roma"nın qonağı olub. Qarşılaşma Stefano Piolinin yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Bu görüş "Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub. Belə ki, 40 yaşlı qolçu matçın 26-cı dəqiqəsində fərqlənməklə karyerası ərzində 400-cü qolu vurub.
"Roma" - "Milan" 1:2
Qollar: Əl Şaravi, 90+3 - Zlatan İbrahimoviç, 26, Frank Kessie, 57 (pen)
saytlarin hazirlanmasi