Kyellini və İmmobile millinin heyətindən çıxarıldı

21:06 - 10 Noyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində İsveçrə və Şimali İrlandiya ilə qarşılaşacaq İtaliya millisi daha iki itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “Latsio”nun hücumçusu Çiro İmmobile və "Yuventus"un müdafiəçisi Corco Kyellini zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.

 

Çiro İmmobilenin əvəzində milliyə “Sassuolo”da çıxış edən Canluka Skamakkanı dəvət alıb.

 

Yığmada daha öncə “Roma”nın iki yarımmüdafiəçisi – Nikolo Zaniolo ilə Lorenso Pelleqrini zədə səbəbindən heyətdən çıxarılmışdı.

 

İtaliya millisi noyabrın 12-də İsveçrə yığmasını qəbul edəcək, üç gün sonra isə səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.

Xəbər xətti