"Yuventus"un 19 yaşlı futbolçusu karyerasını bitirir - atası öldüyünə görə

12:55 - 11 Noyabr 2021

"Yuventus"un futbolçusu Məhəmməd Amine İhattaren gözlənilməz qərar verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi karyerasını bitirir. Bir müddət əvvəl atası dünyasını dəyişən gənc futbolçu depressiya yaşayır. Buna görə də o karyerasını bitirmək qərarı verib. 

 

Qeyd edək ki, "Yuventus" İhattareni mövsümün əvvəlində Niderlandın PSV klubundan transfer edib. Turin təmsilçisi 4 illik müqavilə imzaladığı futbolçunu "Sampdoriya"ya icarəyə vermişdi.

Xəbər xətti