Alman məşqçi Haalandı Mançesterə dəvət edir

“Mançester Yunayted”in yeni çalışdırıcısı Ralf Ranqnik “Borussiya”nın forvardı Erlinq Haalandı sərəncamında görmək istəyir.

Sportal.az xəbər verir ki, alman mütəxəssis norveçlinin transferi üçün özü də danışıqlara başlayıb.

Ranqnik 2018-ci ildə “Zalsburq”a Haalandı transfer etməkdə köməklik göstərib.

Məlumata görə, onun futbolçunun atası və agenti olan Alf-İnqe Haalandla münasibətləri çox yaxındı. 

Tarix: 1 Dekabr [16:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio