İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Simon Kyaer A Seriyasının 15-ci turunun "Cenoa" ilə matçında (3:0) zədələnib. Dizindən xəsarət alan danimarkalı futbolçu xərəkdə meydandan çıxarılıb.
İtaliya mətbuatının yazdığına görə 32 yaşlı müdafiəçi ən azı 4 oyunu buraxmalı olacaq. Belə olan halda Kyaer Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Liverpul"la, A Seryasında isə "Udineze", "Salernitana" və "Napoli" ilə matçlarda komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi