Ayxan Abbasov: "Çempionat başlayandan tam heyətlə oynaya bilmirik"

18:02 - 5 Dekabr 2021

Premyer Liqanın 13-cü turunun “Nefçti”- “Sumqayıt” matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, Abbasov oyunla bağlı bunları deyib:

“Neftçi”nin son ev oyunlarını təhlil edəndə görürdük ki, ilk dəqiqələrdən onlar yüksək tempdə oynayır, qol vurmaq istəyirlər. Buna hazır idik. Futbolçularımıza əhsən düşür ki, tempə dözdülər. Bilirdik ki, oyunun kontrolunu ələ keçirmək çətin olacaq. Amma epizodlarla buna nail olduq. Qapımızda 100 faizlik epizod buraxmadıq. Qol epizodumuz da oldu. Sonluq zərbə ilə bitsəydi, daha yaxşı olardı.

​Son oyunlarda heyətlə bağlı problemlərimiz var idi. Bu dəfə düzəlmişdi. Çempionat başlayandan tam heyətlə oynaya bilmirik. Futbolçularımız təslim olmur. Onlara demişəm ki, sona qədər mübarizə aparmaq lazımdı.1 xala görə sevinirik. İlin son oyununa hazırlaşacağıq. Rəhim Sadıqov topu qəbul edəndıə 3-4 futbolçu başının üstündə olurdu. Bu mənada bizə çətindi. Futbolçularımızı buna hazır etmişdik. Soyuqqanlılıq buralarda çatmadı. “Neftçi”nin təzyiqi axıra kimi çatdıra bilməyəcəyini bilirdik. Həmin pressinq bitəndən sonra bizim epizodlarımız oldu.

- Rəhim Sadıqov bu gün meydana sanki məcbur çıxmışdı...
- Rəhimə qarşı rəqiblər fərdi hazırlaşır. Onun da yaxşı və zəif oyunları olur. Ola bilər ki, bu gün çox top itirdi. Bu gün topu Rəhim, Rüfət Abdullazadə, Xəzər Mahmudov itirməlidi. Çünki onlar oyunu üzərinə götürməsə, alınmır.

- Rəhbərliklə qışda heyəti gücləndirib-gücləndirməməklə bağlı söhbətiniz olub?
- Rəhbərliklə danışığımız olub. Dediyiniz sualların hamısı müzakirə olunur. Hansı oyunçuları gətirə bilərik, bu sual ətrafında danışırıq. Yerli bazarda heç kim öz oyunçularını buraxmaq istəmir. Amma yenə də nələrsə etmək istəyəcəyik. İmkanımız çatacaq, ya yox, “Keşlə” oyunundan sonra danışacağıq. Deyirdim ki, bizdə bəzi mövqelər var ki, itkilər olsa çox çətin olacaq. Çünki alternativlər gənclərdi. Heyətimizdə gənclər çoxdu. Klubun da mövqeyi önəmli olacaq. 

Xəbər xətti